Avrokuboklarda 4-cü əvəzetməyə icazə verildi

16:06 - 5 İyul 2018

Klublar 2018/2019 mövsümündən etibarən Çempionlar Liqası və Avropa Liqası matçlarının əlavə vaxtlarında 4-cü əvəzetmədən istifadə edə biləcəklər.

 

Sportal.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Yeni qaydalara əsasən, əsas vaxtda əvvəlki kimi 3 dəyişiklik edilə biləcək. Ancaq  əlavə vaxt olacağı təqdridə, 4-cü əvəzetməyə də icazə veriləcək.


Qeyd edək ki, əlavə vaxtda 4-cü əvəzetməyə ilk dəfə DÇ-2018-də icazə verilib. 

Xəbər xətti