Bakı daha bir beynəlxalq turnirə ev sahibliyi edəcək

00:45 - 6 İyul 2018

İyulun 14-15-də “Dalga Beach”in idman meydançasında futvolley üzrə milli komandalardan ibarət beynəlxalq açıq turnir keçiriləcək (Baku World Open İnternational Futvolley Tournament).

 

Sportal.az xəbər verir ki, Azərbaycan Futnet Federasiyasının (AFNA) təşkil etdiyi və 2 gün davam edəcək turnirdə 10 ölkənin milli komandası təmsil olunacaq. AFNA-nın mətbuat xidmətindən verilən məlumata görə, yarışda Braziliya, Almaniya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan, İsrail, Avstrya və Azərbaycan yığmaları birincilik uğrunda mübarizə aparacaqlar. Azərbaycan idman tarixində ilk dəfə olaraq Braziliya milli komandası ölkəyə təşrif buyuracaq. Bu tarixi hadisə məhz futvolley üzrə beynəlxalq turnirə təsadüf edəcək.

 

Yarışdan öncə yerli şou biznes nümayəndələrinin və futvolley üzrə dünya ulduzlarının iştirakı ilə möhtəşəm açılış mərasimi keçiriləcək. Dünyanın 4 ən güclü futvolleyçisi də Bakı turnirində iştirak edəcək. Anderson Aquinyo (Braziliya), Erik Drent (Hollandiya), Kasper Şlebuniç (Almaniya), Onni Kohen (Portuqaliya) kimi güclü idmançılar paytaxtımızda qalib adı uğrunda yarışacaqlar.

 

Turnir başa çatdıqdan sonra hər gün dənizkənarı diskoteka təşkil olunacaq.

Xəbər xətti