Azərbaycan - İran oyunlarının hakimləri açıqlandı

11:56 - 6 İyul 2018

Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İran yığma komandaları arasında yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb. 

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, "CBC Sport" telekanalında canlı yayımlanacaq hər iki qarşılaşmanı aşağıda adları qeyd olunan hakimlər idarə edəcək:

 

7 iyul

20:00.Azərbaycan U-17 – İran U-17
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Etibar Həsənov

Dalğa Arena

 
10 iyul

20:00. Azərbaycan U-17 – İran U-17
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Mübariz Haşımov, Ziya Nəsirov
Bakı Olimpiya Stadionu, məşq meydançası

Xəbər xətti