"Qarabağ"ın yeni transferi: "Orada kim olduğumu göstərə bilmədim" MÜSAHİBƏ

14:29 - 6 İyul 2018

"Qarabağ"ın yeni transferi Simeon Slavçev Bolqarıstan mətbuatına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, "Blits" nəşrinə danışan 24 yaşlı yarımmüdafiəçi "Sportinq"dən ayrılmasından, "Qarabağ"a transferindən və hədəflərindən danışıb.

 

- Salam! Təbrik edirik və ilk olaraq, transferinlə bağlı danışardın. "Qarabağ"a keçidin necə alındı?

- Təşəkkür edirəm! Transferimə görə özümü yaxşı hiss edirəm. Artıq "Sportinq" dastanı başa çatdı. Hədəfləri olan komandaya keçmişəm. "Qarabağ" məni transfer etməkdə israrlı idi. Razılaşdığımız üçün şadam. Bu, mənim karyeramda düşüncəli addımlardan biri oldu.

 

- İlk təəssüratların necədir? Baş məşqçi və komanda yoldaşlarınla tanış oldun?

- Əlbəttə, baş məşqçi və futbolçularla tanış oldum. Komandada hər kəs məni xoş qarşıladı. Düşüncələrim müsbətdir. Daha sürətli adaptasiya olmaq üçün rus dilini bilən futbolçularla əlaqədə olmalıyam. Bundan əlavə, komandada bolqar mütəxəssis Çudomir Çakarov da var. Bu, yaxşı bir şeydir.

 

- Necə oldu ki, "Sportinq"dən ayrılmağa qərar verdin?

- Bildiyiniz kimi, klubun ətrafında qalmaqal baş verdi. Mənfi hallar çox idi. Rəhbərlik, baş məşqçi dəyişildi. İşlər təmiz fərqlidir. Bir illik müqaviləm qalmışdı. Onlar mənə yenə B komandasında oynamağı təklif etdilər. Bu durum da məni qane etmədi. Yaxşı deyiblər: balıq başdan iylənər. Ayrılmaq qərarım düz idi. Danışıqlar oldu, azad agent kimi ayrıldım. "Qarabağ" keçidimdə çox istəkli davrandı.

 

- "Sportinq" karyeranı vərəqləyək. 3 dəfə icarəyə verildi. Necə hisslərlə komandadan ayrıldın?

- Təəssüf ki, hisslərim mənfidir. Komandadan yaxşı duyğularla ayrılmadım. Mənə əsas komandada özümü göstərmək şansı verilmədi. Simeon Slavçevin kimi olduğunu göstərə bilmədim. Çoxx təəssüf ki, onlar mənə bir dəfə də olsun şans vermədilər. Buna görə də başqa istiqamət seçdim. Amma qazandığım təcrübə mənə kömək olacaq.

 

- Futbol dünyasında baş verən qəribə hadisələrdən biri "Sportinq"də reallaşdı. Serbiyalı mütəxəssis Sinişa Mixayloviçin iyunun 19-u baş məşqçi yəyin edildi və 9 gün sonra yeni rəhbərlik tərəfindən postundan qovuldu. Bu haqda nə söyləyə bilərsən?

- Çox çətin və mürəkkəb vəziyyət yaranıb. Onunla görüşmək üçün qəbuluna getdim. Planlarına daxil olub-olmadığımı bilmək mənə lazım idi. Ancaq vəziyyət özünüz də gördünüz ki, necə dəyişdi. Klubu hazırda kimlərin idarə etdiyini bilmirəm. "Sportinq" böyük klubdur, amma bəzi şeylər doğru deyil. 

 

- Artıq "Qarabağ"ın üzvüsən. Hədəflərin, planların necədir?

- Bu komanda ÇL-in qrupunda iştirak edib. Bu mövsüm də bunun üçün iddialıyıq. Hədəflərim çoxdur. Zədədən uzaq olmağı arzu edirəm. Klubda titullar qazanmaq istəyirəm. Milli komandada hədəflərim var və onları da reallaşdırmaq istəyirəm.

 

- DÇ-2018-i izləyirsiniz? Çempion hansı komanda olacaq?

- Oyunları qaçırmıram. Fransanın oyununu yaxında izləyirəm. Onlara qarşı oynamışıq və güclü komanda olduqlarını söyləməliyəm. Balanslı və kompakt oynayan yığmadır. Bizimlə seçmə mərhələdə oynayan iki komanda hazırda 1/4 finaldadır. Bunu unutmayaq. Bu, qrupumuzun çətin olduğunu göstərir. Fransanın qalib olacağını gözləyirəm. Digər finalçı isə sürpriz komanda olacaq.

 

- Bolqarıstan gələcəkdə dünya çempionatına qatılacaqmı?

- Bu, həssas mövzudur. Qrupda Hollandiya və İsveç kimi komandaları büdrədə bilmişdik. Seçmə mərhələdə uğurlu start çox vacibdir. Fransa isə bizi çətinliklə məğlub etmişdi. 

 

- Gələcəkdə Bolqarıstanın hansısa klubuna keçmək ehtimalın ola bilər?

- Belə bir fikrim yoxdur. Karyeramı ölkə xaricində davam etdirmək istəyirəm. Karyeramda irəli getmək istəyirəm.Ölkə xaricində inkişaf üçün yaxşı amillər var.

Xəbər xətti