Fikrət Orman: "Çin səfərini təxirə saldıq, Azərbaycana gedirik"

14:56 - 6 İyul 2018

"Beşiktaş"ın prezidenti Fikrət Orman Türkiyə mətbuatına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, klub rəhbəri Azərbaycana gələcəklərini dəqiqləşdirdiklərini deyib:

 

"Təəssüf ki, çempionatı istədiyimiz yerdə başa vurmadıq və buna görə də mövsümə erkən başladıq. Bu səbəbdən də səyahətlərimiz təxirə salındı. Çinə yollanmayacağıq. Ancaq sentyabrda Azərbaycana səfər edəcəyik. Ötən mövsüm uğurlu olduq. Türkiyənin siması olmağı bacardıq. Bu mövsüm Avropa Liqasında hədəflərimiz yüksəkdir. Nəzərə alaq ki, turnirin finalı Bakıda, UEFA super kuboku isə bizim meydanımızda olacaq".

 

Qeyd edək ki, "Beşiktaş" sentyabr ayında "Qarabağ"la yoxlama görüşü keçirməyi planlaşdırır.

Xəbər xətti