"Neftçi"nin "Uypeşt"lə oyunlarını yayımlayacaq kanal bəlli oldu

17:29 - 6 İyul 2018

"Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə keçirəcəyi oyunları yayımlayacaq telekanal müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, hər iki matç "CBC Sport” vasitəsilə canlı yayımlanacaq.


Qeyd edək ki, "Uypeşt”lə ilk oyun iyulun 12-si saat 21:00-da, cavab matçı isə ayın 19-u Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti