Araz Abdullayev rəsmən Yunanıstan klubunda!

00:42 - 7 İyul 2018

"Qəbələ"dən ayrılan Araz Abdullayevin “Panionios”a transferi rəsmiləşib.

 

Sportal.az xəbər verir ki millimizin üzvü bu gün tibbi müayinədən keçib və rəsmi sözləşmə imzalayıb. Lakin onun müqaviləsinin detalları haqda bilgi verilməyib.

 

Abdullayev son mövsümü icarə əsasında Kprin "Anortosis" klubunda keçirib.

 

Qeyd edək ki, "Panionios" 26 yaşlı yarımmüdafiəçi üçün yad klub deyil. Belə ki, o, 2012-ci ildə "Everton"dan Yunanıstan klubuna icarəyə verilmişdi.

Xəbər xətti