"Keşlə" "Traktor Sazi"yə məğlub oldu VİDEO

01:04 - 7 İyul 2018

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Yuri Maksimovun çalışdırdığı paytaxt təmsilçisi Cənubi Azərbaycanın “Traktor Sazi” komandası ilə üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub.

 

Qeyd edək ki, Təbriz klubunu vaxtilə “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş məşhur uelsli mütəxəssis Con Toşak çalışdırır.

 

Xatırladaq ki, “Keşlə” Türkiyədə keçirdiyi ilk iki yoxlama oyununda da uduzmuşdu. Paytaxt klubu öncə Bosniya və Herseqovina təmsilçisi “Çelik”ə 0:2, Estoniyanın “Levadiya” komandasına isə 2:3 hesabıyla məğlub olmuşdu.

 

Xəbər xətti