Sabiq "Xəzər Lənkəran"lılar Türkiyədə görüşdülər

16:40 - 7 İyul 2018

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Keşlə” klubu ötən gün yoxlama oyununda qüvvəsini sınayıb.  

 

Sportal.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan paytaxt təmsilçisi Təbrizin “Traktorsazi” klubu ilə üz-üzə gəlib. 

 

Görüş İran klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bildiyiniz kimi, Təbriz təmsilçisinin baş məşqçisi vaxtıyla ölkəmizdə “Xəzər Lənkəran” klubunda çalışan Con Toşakdır.  Matçdan sonra hazırda “Keşlə”də çıxış edən sabiq “Xəzər Lənkəran”lılar – Orxan Sadıqlı ilə Adrian Skarlatake uelsli mütəxəssis və onun köməkçisi Aleksis Plaza ilə görüşüblər. 

 

Qeyd edək ki, Toşak 2013-cü ildə “Xəzər Lənkəran”ın baş məşqçisi vəzifəsində çalışıb. 

Xəbər xətti