İqnaşeviç karyerasını başa vurdu

Rusiya milli komandasının və Moskva MOİK-inin müdafiəçisi Sergey İqnaşeviç futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi qərarını dünya çempionatının 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzduqları görüşdən sonra açıqlayıb.

 

Qeyd edək ki, İqnaşeviç millidə 127 oyuna 7 qol vurub. MOİK-də isə o, 2004-cü ildən çıxış etməyə başlayıb. Mərkəz müdafiəçisi 14 il ərzində 381 oyuna 35 qol vurub. İqnaşeviç Moskva təmsilçisi ilə 1 UEFA Kuboku, 5 Rusiya çempionluğu, 6 ölkə kuboku və 6 Super Kubok qazanıb.

Tarix: 8 İyul [12:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2018
22  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio