Yerro İspaniya millisindən göndərildi

16:00 - 8 İyul 2018

İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Fernando Yerro ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, Yerronun rəhbərliyi altında İspaniya millisi DÇ-2018-də 1/8 finala vəsiqə qazansa da, bu mərhələdə penaltilər seriyasında Rusiyaya uduzaraq, mübarizəni başa vurmuşdu.

 

Fernando Yerro Xulen Lopateqi millidən getdikdən sonra mundialda İspaniyaya rəhbərlik etmişdi.

Xəbər xətti