“Trabzonspor” rəsmisi: “Şeydayev baş məşqçinin tələbi ilə qaytarıldı”

16:47 - 8 İyul 2018

“Trabzonspor”da prezidentin məsləhətçisi Özkan Sümer açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi millimizin hücumusu Ramil Şeydayevin gələcəyi ilə bağlı danışıb. Sümer 22 yaşlı hücumçunun klubdakı taleyinin baş məşqçidən asılı olduğunu deyib:

 

"Baş məşqçi razı qalsa, o qalacaq. Çünki maaşı yüksək deyil. Onsuz da, Ramil baş məşqçinin tələbi ilə buradadır. Hazırda klubun düşərgəsindədir. Toplanış bitdikdən sonra onun komandada qalıb-qalmayacağına qərar veriləcək”.

 

Qeyd edək ki, Şeydayevin Avstriyanın "Mattersburq" klubu ilə son anda anlaşa bilməyib.

Xəbər xətti