Ramil Şeydayevin "Trabzonspor"dakı maaşı açıqlandı

18:15 - 8 İyul 2018

“Trabzonspor”un futbolçularının illik məvacibi açıqlanıb.

 

Sportal.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin də qazancı bəlli olub.

 

Həmyerlimiz “bordo-mavililər”də qalsa, ilinə 400 min avro maaş əldə edəcək. Bu isə komandada ən aşağı 4-cü göstəricidi. Şeydayev yalnız Kamil Çörəkçi, Abdulkadir Ömür və Yusuf Yazıcını qabaqlayır.

 

Qara dəniz təmsilçisində ən yüksək məvacibli oyunçu Burak Yılmazdı. Türkiyə millisinin hücumçusu il ərzində 3 milyon 550 min avro qazanır.

Xəbər xətti