"Keşlə" Türkiyə toplanışını başa vurdu

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” Türkiyədəki təlim-məşq toplanışını başa vurub.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Yuri Maksimovun yetirmələri gün ərzində yenə iki dəfə məşq edib. Sabah isə komanda İstanbula gedərək, oradan Maltaya yola düşəcək.

 

Xatırladaq ki, “Keşlə” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Maltanın “Baltsan” komandası ilə qarşılaşacaq. Oyun iyulun 12-də səfərdə keçiriləcək. Bu üzdən də Bakıya gəlməyə ehtiyac duymayan paytaxt klubu Türkiyədən birbaşa Maltaya yola düşəcək.

Tarix: 9 İyul [00:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio