"Qəbələ" - "Proqres" matçını hansı kanal yayımlayacaq?

09:36 - 9 İyul 2018

Avropa Liqasının I təsnifat mərhələsi çərivəsində baş tutacaq "Qəbələ" - "Proqres" (Lüksemburq) matçını yayımlayacaq kanal müəyyənləşib.  

 

Sportal.az xəbər verir ki, iyulun 12-də baş tutacaq qarşılaşma İdman Azərbaycan telekanalı vasitəsi ilə futbolsevərlərə təqdim olunacaq.

 

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.  

Xəbər xətti