Ramil Şeydayev "Trabzonspor"da məşqə çıxdı

10:16 - 9 İyul 2018

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Trabzonspor” klubunun düşərgəsində məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, Avstriyanın “Mattersburq” klubuna keçidi baş tutmayan futbolçu Trabzon təmsilçisinin Sloveniyada baş tutan məşqlərində iştirak edir.

 

Son mövsümü icarə əsasında “Qarabağ”da keçirən oyunçu ötən gündən etibarən komanda ilə birgə çalışmalara start verib. Şeydayev baş məşqçi Ünal Karamanın istəyi ilə düşərgəyə cəlb edilsə də, onun klubda qalıb-qalmayacağı bəlli deyil. 22 yaşlı hücumçu ilə bağlı yekun qərar Sloveniya toplanışından sonra veriləcək.

 

Qeyd edək ki, “Zenit”dən transfer olunan hücumçunun “Trabzonspor”la müqaviləsi 2020-ci ildə başa çatır. Şeydayevin illik qazancı 400 min avro təşkil edir.

Xəbər xətti