Jiru: "Anriyə yanlış komanda seçdiyini göstərmək istəyirəm"

Dünya çempionatının yarımfinalında Belçika ilə oyundan öncə Fransa millisinin hücumçusu Olivye Jiru açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu Belçika millisində məşqçi işləyən Fransa millisinin sabiq hücumçusu Tyerri Anri və oyunla bağlı fikirlərini bölüşüb:

 

"Tyerri Anrinin bizə rəqib olması qəribədir. Anriyə yanlış komanda seçdiyini göstərmək istəyirəm. Hazırda dünya çempionatında qolum yoxdur. Əgər Belçikanı məğlub etsək və mən də qol vurmasam, şikayətçi ola bilmərəm. Dünya çempionu olmağımız üçün hər şey edərəm. Tibo Kurtuaya hər məşq zamanı bir neçə qol vururam və bunu oyunda reallaşdırmalıyam".

 

Qeyd edək ki, Fransa - Belçika matçı iyulun 10-da, Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Tarix: 9 İyul [10:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2018
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio