Xerdan Şakiri HƏYAT HEKAYƏSİNİ danışdı

12:50 - 9 İyul 2018

İsveçrə millisinin futbolçusu Xerdan Şakiri şəxsi həyatı ilə bağlı danışıb.

 

Sportal.az Kosovo əsilli futbolçunun həyatı haqda bilinməyən gerçəkləri onun dili ilə təqdim edir:

 

“Evimizdə istilik sistemi olmayıb. Odun yandırıb, qızınardıq. Çox kiçik evimiz var idi. Qışda yatmaq üçün 5 ədyala bürünürdük”.

 

Image result for xherdan shaqiri child

 

“Ailəm müharibəyə görə mən 4 yaşında olan zaman Kosovonu tərk etmişdi. İsveçrəyə köçəndə mən və iki qardaşım yaşamağa çalışırdıq, amma bu, asan deyildi. Atam restoranların birində hər cür təmizlik işləri edirdi. Anam isə ofisdə təmizlik işləri görürdü. İsveçrə hər kəs üçün bahalı bir yerdir. Kosovodan gələn bizim kimi yoxsullar üçün isə əlavə çətinlik idi. Müharibədən sonra Kosovoya getmirdik. Ancaq ad günlərimizdə daha çox pul xərcləyərdik”.

 

Related image

 

“Ronaldo mənim kumirimdir. Orijinal olan Ronaldonu nəzərdə tuturam. DÇ-1998-in finalında zədələndi və Fransa çempion oldu. Həmin oyundan sonra çox ağlamışdım, çünki Ronaldo üçün üzülmüşdüm. Üstəlik, ad günüm də o ərəfələrdə idi. Anama Ronaldonun formasını alması üçün bilirsiz nə qədər yalvarmışdım? Mənə ancaq Ronaldonun sarı rəngli forması lazım idi. Tək istədiyim şey bu idi”.

 

Image result for xherdan shaqiri ronaldo

 

“Doğum günümdə anam bir bağlama ilə gəldi. Qutudan sarı rəngli forma çıxdı. Bu, saxta idi, adi mağazadan almışdılar. Anam sarı formanın arxasına yaşıl qələmlə Ronaldo yazmışdı. Axı ailəmin forma almaq üçün pulu çox deyildi. Ancaq həqiqi olmaması mənim vecimə də deyildi. Həyatımın ən xoşbəxt günü idi. Həmin paltarı 10 gün əyinmdən çıxarmadım”.

 

Image result for ronaldo 9 number child

 

“Məktəbdə qaçqın bir uşaq idim və isveçrəli uşaqlar bu qədər futbola olan sevgimi anlamırdılar. İsveçrədə futbol adi bir idmandır. DÇ-2002-də Ronaldo maraqlı saç düzümü etmişdi. Mən də bərbərə getdim və “Ronaldo stili et!” dedim. Məktəbdə hər kəs “bu uşağa nə olub?” –  deyə bildirirdilər. Ancaq onların fikirləri mənim üçün əhəmiyyətsiz idi!”

 

Related image

 

“İsveçrədə komandalar BMT kimidir. Hər ölkədən futbolçu var. Komandalarda türk, serb, afrikalı, alban və digər ölkələrdən futbolçular olur. 14 yaşda “Bazel”in aşağı yaş qruplarına yazıldım. Bir turnirə qatılmaq lazım idi və buna görə məkətəbə iki gün getməməli idim. Məktəbdə müəllimdən icazə istədim, amma vermədi”.

 

Related image

 

“İsveçrədə təhsilə ciddi önəm verilir. Mən də hiyləgərlik etdim. Yalandan xəstələndiyimi, qripə yolxduğumu dedim və Praqada futbol turinirinə qatıldım. Çox əla oynamışdım. Digər uşaqlar mənə baxıb “Vao! Bazeldən gələn uşaq budur?” deyirdilər”.

 

Image result for xherdan shaqiri young

 

“Turnir başa çatdı və məktəbə qayıtdım. Müəllim mənə “Xerdan, bura gəl” dedi. Yanına gedəndə mənə “Sən xəstələnməmişdin?” – deyə soruşdu. Daha sonra əlindəki qəzeti göstərdi. Şəkillərim manşetdə idi. Turnirin ən yaxşı futbolçusu seçilmişdim! Əllərimi havaya qaldırdım və qışqırdım “Vay! Yalanımın üstü açıldı!”

 

Image result for xherdan shaqiri young

 

“17 yaşında “Bazel”in əsas komandası ilə məşqlərə çıxdım. Bir dəfə oyunun son 20 dəqiqəsində meydana daxil oldum və çox yaxşı təsir bağışladım. Səhəri gün məşqə gedəndə əvəzedici komandanın baş məşqçisi mənə “Sən niyə elə oynadın?” deyərək, mənə əsəbləşdi. Nə baş verdiyini soruşanda, mənə “Baş məşqçi ilə danışdım, tək bacardığı şeyin driblinq olduğunu söylədi. Yenidən əvəzedicidə oynayacaqsan!” Şokda idim. “Bazel” karyeramın başa çatdığını düşündüm”.

 

Image result for xherdan shaqiri 2009

 

“İki həftə sonra elə alındı ki, baş məşqçi qovuldu. Yeni baş məşqçi isə məni əsas heyətə qaytardı. Geriyə bir də baxmadım, ancaq çalışırdım. Hər şey çox sürətli keçdi. DÇ-2010-da milliyə dəvət aldım. Təsəvvür edin, 16 yaşım olanda turnirlərə getmək üçün pul tapmırdım. 18 yaşında isə dünya çempionatına getdim! Bu, bilirsiz nə deməkdir?”

 

Image result for xherdan shaqiri 2010 world cup

 

“2012-ci ildə Albaniyaya qarşı görüşdə butsılarımın birinə Albaniya, digərinə isə Kosovo bayrağı vurmuşdum. Ancaq özüm İsveçrə forması geyinirəm. Mətbuat bu addımımı çox tənqid etdi. Lakin kimliyimi unutmaram!”

 


“DÇ-2018-də butsıma Kosovo bayrağı vurdum. Siyasi səbəbə görə bunu etmirəm. Həyatı mənə anlatdığı üçün edirəm. Sol ayağımda İsveçrə, sağda isə Kosovo...”

Xəbər xətti