Sabiq "Qarabağ"lı İspaniya klubunda

Ötən il "Qarabağ”ın U-17 komandasının baş məşqçi postundan ayrılan Pablo Ximenesin yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, ispaniyalı məşqçi ölkəsində çalışacaq. Mütəxəssis İspaniya III Liqasında çıxış edən "Atletiko Saquntino" klubu ilə münasibətlərini rəsmiləşdirib. Pablo Ximenes yeni komandasında idman direktoru vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, Ximenes 2016-ci ilin sentyabrında “Qarabağ”a gəlmişdi. O, daha öncə "Hurakan"da da çalışıb.

Tarix: 9 İyul [19:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Fevral 2019
22  Fevral 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio