“Neftçi” “Uypeşt”lə oyuna hazırlığı davam etdirir

01:11 - 10 İyul 2018

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də, saat 21:00-da “Dalğa Arena”da Macarıstanın "Uypeşt” klubu qarşılaşacaq "Neftçi” hazırlığa ara vermədən davam edir.

 

Sportal.az xəbər verir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə axşam məşqinə çıxıb. Bütün futbolçuların iştirak etdiyi məşq texniki-taktiki hazırlığa həsr olunub. Hazırlıq sabah saat 21:00-da "Dalğa Arena”da keçiriləcək axşam məşqi ilə davam edəcək.

 

Xatırladaq ki, "Neftçi” – "Uypeşt” oyunu üçün biletləri "Dalğa Arena” və 8-ci km stadionlarının kassaları, həmçinin "Bravo Supermarket”in Babək, 20 yanvar, Əhmədli, "Rahat market”in isə "Neftçilər”, "Metropark”, "Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündü. Biletlərin qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN-dir. Kassalar hər gün saat 10:00-dan 22:00-dək işləyir.

Xəbər xətti