Avstriya klubu Ramil Şeydayevdən əl çəkmir

11:38 - 10 İyul 2018

Millimizin hücumçusu Ramil Şeydayevin "Trabzonspor"da gələcəyi bəlli deyil.

 

Sportal.az xəbər verir ki, hücumçunun Avstriyanın "Mattersburq" klubuna keçidi baş tutmadığı üçün müqavilə ilə məxsus olduğu "Trabzonspor"a dönmüş və Sloveniyadakı toplanışa qatılmışdı. Lakin "Mattersburq" Şeydayev üçün "Trabzonspor"a daha bir təklif göndərməyə hazırlaşır. Bu məsələdə yekun sözü "Trabzonspor"un baş məşqçisi Ünal Karaman deyəcək. Mütəxəssis 22 yaşlı forvardın toplanışdakı performansından sonra onun gələcəyi ilə bağlı söz sahibi olacaq.

 

Qeyd edək ki, Ramil ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.

Xəbər xətti