Araz Abdullayev "Panionios"dan qaçdı ŞOK TƏFƏRRÜAT

14:13 - 10 İyul 2018

Yunanıstanın "Panionios" klubu ilə müqavilə imzalayan Araz Abdullayev Bakıya qayıdıb.  

 

Sportal.az xəbər verir ki, 26 yaşlı Yunanıstan təmsilçisindən ayrılıb. Əldə etdiyimiz məlumata görə, futbolçu şəxsi problemlərini əsas gətirərək, Bakıya geri dönüb. Belə ki, futbolçumuz "Panionios"un heyətində cəmi 1 məşq edib və məşqçi ilə danışdıqdan sonra geri dönüb.  

 

Onun "Panionios" klubunun düşərgəsinə qayıtmayacağı dəqiqdir. O, şəxsi instagram hesabında "Panionios"la bağlı paylaşdığı şəkli də silib.  

 

Qeyd edək ki, Araz Abdullayev "Panionios"la 2 illik müqavilə imzalamışdı. Yunanıstan klubu Araza görə Qəbələyə 80 min dollar ödəyib (Futbol11.az).

Xəbər xətti