Ramil Şeydayev: "Əlimdən gələni edəcəm"

14:59 - 10 İyul 2018

Millimizin üzvü Ramil Şeydayev "Trabzonspor"ün düşərgəsində məşqlərini davam etdirir.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Ünal Karaman razılıq versə, Şeydayev "bordo-mavililər"də qalacaq. Əks təqdirdə, 22 yaşlı forvardın icarəyə veriləcəyi ehtimal edilir. Millimizin üzvü komandanın çalışdırıcısına ona şans verdiyi üçün təşəkkür edib: "Baş məşqçinin mənə güvənməsinə xoşbəxt oldum. Əlimdən gələni edəcəm".

 

Qeyd edək ki, Ramil Şeydayevin Avstriyanın "Mattersburq" klubuna keçidi reallaşmamışdı. Məlumata görə, Bundesliqa təmsilçisi Şeydayev üçün yenidən hərəkətə keçib.

Xəbər xətti