"Neftçi"nin futbolçuları azarkeşlərlə marketdə görüşdü

Bu gün Əhmədli qəsəbəsində yerləşən "Bravo Hipermarket”də "Neftçi”nin futbolçuları – Mirabdulla Abbasov, Namik Ələskərov, Rəhman Hacıyev, Slavko Braliç, Kvame Karikari və Dario Frederikonun iştirakı ilə azarkeşlərlə görüş keçirilib.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-si saat 21:00-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Uypeşt” oyunu öncəsi baş tutan tədbirdə azarkeşlər arasında viktorinalar təşkil olunub. Qalib azarkeşlərə hədiyyələr təqdim edilib. Sonra imzalar paylanılıb, xatirə şəkilləri çəkdirilib.

 

Xatırladaq ki, qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletləri "Dalğa Arena” və "Bakcell Arena” stadionlarının kassaları, həmçinin "Bravo Supermarket”in Babək, 20 yanvar və Əhmədli, "Rahat market”in isə "Neftçilər”, "Metropark” və "Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündür. Kassalar hər gün saat 10:00-dan 22:00-dək işləyir.

 

Oyunu izləmək istəyən azarkeşlərin gedib-qayıtmaları üçün klub tərəfindən 16 ədəd avtobus ayrılacaq. Avtobuslar saat 18:00-da "Ulduz” metrostansiyası yaxınlığından yola düşəcək.

Tarix: 10 İyul [17:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2018
16  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio