Jurnalistlər üçün süni örtüklü meydança

18:10 - 10 İyul 2018

Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində AFFA tərəfindən süni örtüklü meydançaların quraşdırılaraq uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilməsi işləri davam etdirilir.

 

Sportal.az xəbər verir ki, növbəti süni örtüklü meydança Azərbaycan Respublikası prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı ilə Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda jurnalistlər üçün tikilmiş binanın ərazisində inşa olunaraq istifadəyə verilib.

Xəbər xətti