"Arsenal"dan rəsmi transfer

"Arsenal" heyətinə yeni futbolçu cəlb edib.
 
Sportal.az
xəbər verir ki, London təmsilçisi "Sampdoriya"nın yarımmüdafiəçisi Lukas Torreyronu transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi syatı məlumat yayıb. Uruqvaylı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

"Topçular" bu transfer üçün İtaliya klubuna 26 milyon avro ödəyib. Torreyra yeni komandasında 11 nömrəli formanı geyəcək.
 
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi 2016-cı ildən "sampdoriya"da çıxış edir. Torreyra A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 71 qarşılaşmada 4 qol vurub.

 

Tarix: 10 İyul [18:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Fevral 2019
21  Fevral 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio