Qurban Qurbanov: "Bəzi problemlərimiz var"

20:36 - 10 İyul 2018

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Sloveniyanın “Olimpiya” klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Lyublyanada baş tutacaq görüşdən öncəki mətbuat konfransında bunları söyləyib:

 

“Rəqibimiz yeni baş məşqçiylə yeni heyət qurub. Oyunların hamısını izləmişəm, hər oyuna fərqli sistemlə çıxırlar. Bizi çətin və maraqlı qarşılaşma gözləyir. Təbii ki, ilk oyundan sonra rəqibi daha yaxşı tanıyacağıq və cavab matçı daha asan olacaq. Həmişə demişəm ki, ən vacib oyun ilk mərhələnin oyunlarıdı. Bizim də bəzi problemlərimiz var, buna baxmayaraq, sabah sərfəli nəticə qazanmağa çalışacağıq. Maraqlı və gərgin oyun olacağını düşünürəm”.

Xəbər xətti