"Yuventus" Ronaldo ilə bağlanılan müqavilənin detallarını açıqladı

“Yuventus” "Real"dan transfer etdiyi Kriştiano Ronaldonun müqaviləsinin detallarını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçunun transferi “qoca sinyora”ya 112 milyon avroya başa gəlib. Bu məbləğin 100 milyonu “Real”a çatacaq. 5 milyon avro futbolçunun 12 yaşından 23 yaşına kimi çıxış etdiyi klublar arasında bölüşdürüləcək. Yerdə qalan 7 milyon isə digər əməliyyatlara xərclənib.

 

“Yuventus”la 4 illik müqavilə bağlayan 33 yaşlı forvardın illik qazancı isə 31 milyon avro olacaq.

 

Qeyd edək ki, 2009-cu ildən “Real”da çıxış edən Ronaldo “kral klubu”nda keçirdiyi 438 oyunda 451 qol vurub.

Tarix: 11 İyul [00:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2018
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio