Roberto Martines: "Turniri yaxşı şəkildə bitirməyə çalışacağıq"

"Oyunu kiçik detallar həll edəcəkdi. Kiçik şansdan istifadə edən komanda üçün işlər yaxşı gedəcəkdi. Futbolda bir komanda qalib gəlir, digər uduzur. Önəmli olan futbolcuların son saniyəyə qədər mübarizə aparmaları idi". 

 

Sportal.az xəbər verir ki, bu sözləri dünya çempionatının yarımfinalında Fransaya udzaraq, finala yüksələ bilməyən Belçika komandasının baş məşqçisi Roberto Martines deyib. İspan mütəxəssis turniri yaxşı şəkildə başa vurmağa çalışacaqlarını deyib:

 

"Bir künc zərbəsi belə üstünlük yaradır. Çox üzgünük. Futbolçularım yaxşı uğurla mundialı tərk etməyi haqq edir. Çox üzülürük, çünki finala çıxa bilmədik. Əslində, oyuna yaxşı köklənmişdik. Nəticə əldə olmayanda üzülürsən. Turniri yaxşı şəkildə bitirməyə çalışacağıq".

 

Belçika 3-cü yer uğrunda mübarizə aparacaq.

 

Tarix: 11 İyul [00:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2018
20  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio