Millimiz İrana bu dəfə də darmadağın oldu

00:53 - 11 İyul 2018

17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İran yığma komandaları arasında bu gün növbəti yoldaşlıq oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun məşq meydançasında keçirilən və Orxan Məmmədovun idarə etdiyi matç komandamızın məğlubiyyəti ilə başa çatıb. İran millisi 4 cavabsız qolla yığmamıza qalib gəlib.

 

Qeyd edək ki, bu komandalar arasında iyulun 7-də keçirilmiş yoldaşlıq oyunu İran yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Xəbər xətti