"Qarabağ" - "Olimpiya" matçının biletləri satışa çıxarılır

01:04 - 11 İyul 2018

Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” - "Olimpiya" matçının biletlərini 11 iyuldan etibarən satışa çıxarılacaq.

 

Sportal.az xəbər verir ki, azarkeşlər aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından biletləri əldə edə biləcək. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

 

Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz.

 

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

 

Qeyd edək ki, “Qarabağ” - “Olimpiya” matçı iyulun 18-i saat 21:00-da start götürəcək.

 

Şatış məntəqələri:

T. Bəhramov adına Respublika stadionunun kassaları

Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt)

Heydər Əliyev Sarayının kassası 28 Mall 

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop) 

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) 

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) 

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Xəbər xətti