"Qarabağ" "Olimpiya"ya qalib gəldi YENİLƏNİB

23:51 - 11 İyul 2018

Son Azərbaycan çempionu “Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə start verir.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsinin ilk matçında səfərdə Sloveniyanın “Olimpiya” klubunun qonağı olacaq.


Qeyd edək ki, cütün cavab oyunu iyulun 18-də baş tutacaq.

 

Çempionlar Liqası, I təsnifat mərhələsi

İlk oyun

 

11 iyul

22:00. “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol
: Donald Gerrye, 79

Qırmızı vərəqə: Qara Qarayev, 90+1

Baş hakim: Lourense Visser (Belçika) 
Lyublyana. “Stojitse” stadionu

 

"Qarabağ": Vaqner Da Silva, Qara Qarayev, Maksim Medvedev (k), Miçel,  Mahir Mədətov,  Abdullah Zubir, Filip Ozobiç, Yakub Jezniçak, Bədavi Hüseynov, Donald Gerrye, Coşqun Diniyev

 

Ehtiyat oyunçular: Şahrudin Məhəmmədəliyev, Rahil Məmmədov, Simeon Slavçev, Dani Kintana, Rəşad Sadıqov, Ansi Aqolli, Abbas Hüseynov


"Olimpiya": Alyaj İvaçiç, Makki Banyak, Marko Qayiç, Rok Kronaveter, Abass İssa, Aris Zarifoviç (k), Dino Ştiqleç, Marko Putinçanin, Stefan Saviç,  Tomislav Tomiç,  Daniel Avramovski

 

Ehtiyat oyunçular: Neyts Vidmar, Leo Eyup, Daniyel Mişkiç, Qoran Brkiç, Kinqsli Boatenq, Nik Kapun,  Matiç Çrniç

Xəbər xətti