Çempionlar Liqasında daha 8 oyun

12:07 - 11 İyul 2018

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları başa çatacaq.

 

Sportal.az xəbər verir ki, Sloveniya “Olimpiya”sı ilə qarşılaşacaq “Qarabağ”la yanaşı, təmsilçimizin potensial rəqibləri də meydana çıxacaq. Belə ki, “köhlən atlar”ın ÇL-in 2-ci təsnifat mərhələsində qarşılaşa biləcəyi “Kukesi” və “Valetta” bu gün üz-üzə gələcək.

 

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

11 iyul

 

18:00. “Astana” (Qazaxıstan) - “Sutyeska” (Monteneqro)

20:00. “Spartaks” (Latviya) - “Srvena Zvezda” (Serbiya)

20:00. “Suduva” (Litva) - APOEL (Kipr)

20:00. “Trnava” (Slovakiya) - “Zrinjski” (Bosniya və Hersoqovina)

21:00. “Kukesi” (Albaniya) - “Valletta” (Malta)

21:00. “Ludoqorets” (Bolqarıstan) - “Krusaders” (Şimali İrlandiya)

22:00. “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan)

23:00. “Valur” (İslandiya) - “Rusenborq” (Norveç)

Xəbər xətti