İspaniyanın “Vilyarreal” klubu müdafiəço transfer edib.
Sportal.az xəbər verir ki, "sarı sualtı qayıq" “Portu”nun müdafiəçisi Migel Layunu transfer edib. Meksika millisinin üzvünün keçidi 4 milyon avroya başa gəlib. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
2015-ci ildən "Portu"dan oynayan Layun son mövsümdə icarə əsasında “Sevilya”da da çıxış edib.
Tarix: 11 İyul [15:51]
|
|
Müəllif: Sportal.az
|