"Qarabağ" və "Olimpiya"nın prezidentləri bir arada FOTO

17:10 - 11 İyul 2018

"Qarabağ" Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Sloveniyada "Olimpiya" ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun prezidenti Tahir Gözəl və rəqib komandanın prezidenti Milan Mandariç bu gün keçiriləcək oyunöncəsi rəsmi naharda bir araya gəliblər. Görüşdə "Qarabağ"ın digər rəsmiləri də iştirak ediblər.

 

Qeyd edək ki, "Olimpiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.

 

Image may contain: one or more people, people sitting, table and indoor

Xəbər xətti