Sənan Qurbanov: "Qəbələ" olaraq hər oyunda hədəfimiz qələbədi" MÜSAHİBƏ

"Qəbələ" Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində sabah Lüksemburqun "Proqres" klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Baş məşqçi kimi ilk avrokubok oyununuzdur. Özünüzdə və komandada ab-hava necədi?

- Yenidən avrokubok həyəcanını yaşamaq çox sevindiricidi. Komandada ab-hava yaxşıdı. Məqsədimiz birdi: mərhələ keçmək.

 

- Cavid Hüseynovsuz komanda necə olacaq?

- Kapitanımızın olmamağı bizim üçün yaxşı hal deyil. Cavid bizim üçün önəmli futbolçudu. Amma komandamızda onun yerini dolduracaq futbolçular var. Onlara güvənirik.

 

- Yeni transferlər komandaya uyğunlaşıb?

- Lilay komandaya Bakıda qoşulub. Digərləri Sloveniyada bizə qatıldılar. Futbolçuların dediyinə görə, komandaya uyğunlaşmaqda problem yaşamayıblar. Özlərini ailəmizin bir üzvü hesab edirlər.

 

- İlk oyunda hədəfiniz nədi?

- “Qəbələ” olaraq, hər oyunda hədəfimiz qalib gəlmədkdir. Hamı bizdən qələbə gözləyir. Rəqibimiz güclüdü. Onları təhlil etmişik. Sabah layiqli oyun göstərib, azarkeşlərimizi sevindirmək istəyirik.

 

- Rəqibin üstün və zəif cəhətləri nədi?

- Rəqibin çempionat oyunlarını izləyib təhlil etmişik. Yetərincə intizamlı, sıx oynayan komandadı. Hücuma yaxşı çıxırlar. Kompakt oyun sayəsində nəticə qazanırlar.

 

- Oyun fəlsəfəniz necədir?

- “Qəbələ” iddialı klubdu, çalışacağıq bunu qoruyaq. Müdafiəni unutmadan hücum futbolu oynamaq istəyirik. Hər gün bunun üzərində çalışırıq.

 

-Yoldaşlıq oyunları göstərdi ki, "Qəbələ" son nöqtəni qoymaqda çətinlik çəkir. Bu çatışmazlığı aradan qaldıra biləcəksiz?

- Yoxlama oyunlarında futbolçulardan başqa şeylər tələb edirik. Bu oyunların bizə çox köməyi oldu. Bəli, qol imkanlarımız olurdu. Bu əsas göstərici deyil. Qol vəziyyətlərindən istifadə edəcəyik. Məncə, belə problemimiz olmayacaq.

Tarix: 11 İyul [18:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2018
23  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio