Mətin Karayer: “Reyncers”lə “Qəbələ” arasında fərq görmürük”

“Reyncers” imic olaraq daha tanınımış olsa da, “Qəbələ” son 3 ildə 2 dəfə Avropa Liqasının qrupunda oynayıb”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Proqres”in futbolçusu Mətin Karayer deyib. Lüksemburq təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində sabah “Qəbələ”nin qonağı olacaq.

 

Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında 26 yaşlı müdafiəçi hədəflərinin mərhələ keçmək olduğunu söyləyib. O, eyni zamanda “Qəbələ” ilə ötən mövsüm mübarizədən kənarlaşdırdıqları “Reyncers”i müqayisə edib: “Reyncers”lə “Qəbələ” arasında bir fərq görmürük. Bunun üçün də ötən il olduğu kimi, yenə əlimizdən gələni edəcəyik”.

 

Qeyd edək ki, sabah Qəbələdə keçiriləcək “Qəbələ” – “Proqres” görüşü 20:00-da başlayacaq.

Tarix: 12 İyul [00:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Avqust 2018
20  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio