Qurban Qurbanov: "Bakıda bizi daha çətin və ağır oyun gözləyir"

"Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu. "Olimpiya" bir daha yaxşı komanda olduğunu göstərdi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə "Olimpiya"ya 1:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirərkən deyib. Təcrübəli mütəxəssis cavab matçının daha çətin keçəcəyini bildirib:

 

"Futbolçularım meydanda çox güc sərf etdi. Düzdür, bu gün minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Həmin oyuna tam ciddi hazırlaşmalıyıq".

 

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Dolan Gerye vurub.  

Tarix: 12 İyul [01:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2018
21  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio