Azərbaycanlı FIFA referilərinə UEFA-dan təyinat

12:55 - 12 İyul 2018

Azərbaycanlı FİFA referiləri  - Ömər Paşayevlə Rəhim Həsənov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb.

 

Sportal.az xəbər verir ki, UEFA “OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn”  matçını Ömər Paşayevə, "Zarya" (Moldova) - "Qurnik" (Polşa) görüşünü isə Rəhim Həsənova həvalə edib.

 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları

19 iyul

 

“OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn” ​

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov

Dördüncü hakim: Əliyar Ağayev

 

"Zarya" (Moldova) - "Qurnik" (Polşa)

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli

Dördüncü hakim: Rauf Cabbarov

Xəbər xətti