Miçoviç: "Keşlə"yə çətin anlar yaşatmağa çalışacağıq"

17:45 - 12 İyul 2018

“Püşkatmadan sonra “Keşlə”ni təhlil etməyə başladıq. Rəqibimizin güclü və zəif tərəflərini öyrənmişik".

 

Sportal.az xəbər verir ki, bu sözləri “Keşlə” bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Maltanın “Baltsan” klubunun baş məşqçisi Marko Miçoviç deyib. Serbiyalı mütəxəssis “Keşlə”yə çətin anlar yaşadacaqlarını bildirib: "Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. “Keşlə”yə çətin anlar yaşatmağa çalışacağıq. Bütün gücümüzlə mübarizə aparmağa söz verirəm. Biz onlar üçün təhlükəli komanda deyilik”.

 

“Baltsan” - “Keşlə” matçı Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Xəbər xətti