Asif Məmmədov: "Proqres"ə səfərdə 4 qol vura bilərik"

02:39 - 13 İyul 2018

“Birinci oyunumuz idi, yeni komandayıq. Rəqib elə komanda deyil ki, səfərdə onlara 3 qol vura bilməyək”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov deyib. “Qırmızı-qaralar” Avropa Liqasının I təsnifat mərhələsində evdə “Proqres”ə 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra fikirlərini bildirən futbolçu buna baxmayaraq, ümidini itirmir.

 

Komandanı meydana kapitan kimi çıxaran Məmmədov səfərdə 4 qol vuracaqlarına inanır: “Bu oyun heç nə göstərməyə bilər. Rəqibi də yaxşı tanımırdıq. Kobud səhvlərdən qol buraxdıq. Fərqlənmək imkanlarımız oldu, yararlana bilmədik. Onu deyə bilərəm ki, bu rəqibə səfərdə 4 qol vura bilərik. Onlar burda 2 qol vurdularsa, niyə də səfərdə onları 4 dəfə mərkəzə dəvət etməyək? Əminəm ki, mərhələni adlayan tərəf biz olacağıq”.

 

32 yaşlı orta sahə oyunçusu əsas kapitanı Cavid Hüseynovun yoxluğuna da toxunub: “Heyətimiz elədi ki, hər bir oyunçunun yoxluğu təsir edir. Çünki ehtiyat qüvvə elə də geniş deyil. Cavidin də yoxluğu bu gün öz mənfi təsirini göstərdi”.

Xəbər xətti