“Sumqayıt”dan yeni transfer

12:38 - 13 İyul 2018

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə heyətini gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, son mövsümü “Sabah”ın heyətində keçirmiş yarımmüdafiəçi Qvanzav Maqomedovla bir illik müqavilə imzalanıb. Maqomedov “Sumqayıt”da 44 nömrəli formada çıxış edəcək.

 

Qvanzav Maqomedov “Sabah”la (14 oyun, 1 qol) yanaşı, “Şahdağ” (27 oyun, 4 qol), “Zirə” (12 oyun, 2 qol), AZAL (28 oyun), "Səbail" və “Znamya Truda”nın (13 oyun) şərəfini qoruyub.

Xəbər xətti