"Qalatasaray"dan ayrılan futbolçu İtaliya klubunda

15:06 - 13 İyul 2018

İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi türk əsilli almaniyalı futbolçu Koray Günteri transfer edib. 23 yaşlı müdafiəçi yeni klubuna azad agent statusu ilə keçib.

 

Qeyd edək ki, Günter 2014-cü ildə Dortmund “Borussiya”sından 2,5 milyon avroya “Qalatasaray”a transfer edilmişdi.

Xəbər xətti