Asim Xudiyev Avroliqa matçına təyinat aldı

16:16 - 13 İyul 2018

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.

 

Sportal.az xəbər verir ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 19-da Litva Futbol Federasiyasının Vilnüs şəhərindəki stadionunda keçiriləcək “Jalgiris” (Litva) – “Kİ Klaksvik” (Farer adaları) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.

Xəbər xətti