Mübariz Mənsimov: "Xəzər Lənkəran" hər zaman yaşayacaq"

“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov komandanın dağılmasından sonra ilk dəfə bu barədə fikir bildirib.

 

Sportal.az xəbər verir ki, özünün Feysbuk hesabında paylaşım edən Mənsimov klubun hər zaman yaşayacağını bildirib:

 

“Xəzər Lənkəran” bir brenddi. O hər zaman yaşayacaq. Bu klubun var olmasına şəxsən mən nəzarət edəcəm. Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin burda futbolçuların yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Bütün “ağ-yaşıl” fanatlarına uğurlar arzulayıram”.

Tarix: 13 İyul [16:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2018
18  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio