Eder Çin klubunda

18:35 - 13 İyul 2018

İtaliyanın “İnter” klubu Ederlə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu Çinin “Jiangsu Suning” klubuna transfer olunub. Super Liqa təmsilçisi futbolçu üçün “İnter”ə 5,5 milyon avro ödəyəcək.

 

İtalyan hücumçu Çin klubunda ilinə 13 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Eder son mövsümdə “İnter” forması ilə 31 oyuna çıxıb və 3 qolla yadda qalıb.

Xəbər xətti