"Barselona" yeni transferini təqdim etdi

18:51 - 13 İyul 2018

"Sevilya”nın sabiq müdafiəçisi Kleman Lanqlenin "Barselona”ya keçidi rəsmiləşib.
 
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gənc futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Fransız futbolçu tibbi müayinədən keçdikdən sonra ictimaiyyətə təqdim olunub. Bu transfer "Barselona”ya 35,9 milyon avroya başa gəlib. 23 yaşlı müdafiəçinin sərbəst qalmaq məbləği 300 milyon avro təyin edilib.

Xəbər xətti