Stolitsa: "Qarabağ" püşkdə düşə biləcək ən güclü komanda idi"

13:26 - 14 İyul 2018

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında "Qarabağ"a 0:1 hesabı ilə uduzan Sloveniyanın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis cavab matçı üçün optimist olduğunu deyib: "İlk oyundakı nəticə məni üzdü. Ancaq yaxşı mübarizə apardıq. Oyunun son anlarında qol buraxmaq acı verir. Belə məğlubiyyətə layiq deyildik. Rəqibimiz püşkdə düşə biləcək ən güclü komanda idi. Bakıda əlimizdən gələni edəcəyik. Mərhələni adlamaq üçün "Qarabağ"ı məğlub etməliyik. Mən buna optimist yanaşıram".

 

"Qarabağ" - "Olimpiya" matçı iyulun 18-i, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti