"Qarabağ"ın sabiq futbolçusu rəsmən "Astana"da

16:55 - 14 İyul 2018

Qazaxıstanın “Astana” klubu ötən mövsüm “Qarabağ”da icarə əsasında çıxış edən Pedro Enrikeni transfer edib.

 

Sportal.az xəbər verir ki, tərəflər arasında rəsmi sözləşmə imzalanıb. 28 yaşlı braziliyalı vinger bir il ərzində "Astana"da icarə əsasında çıxış edəcək.

 

"Astana" "Qarabağ"dan ayrılan millimizin üzvü Riçard Almeydanı da transfer etmişdi.

 

Qeyd edək ki, "Astana"nı “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır.

Xəbər xətti