Namiq Ələsgərovun durumuna aydınlıq gəldi

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə oyunun ilk hissəsində zədələnərək əvəzlənən “Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov bu gün növbəti dəfə müayinə olunub.

 

Sportal.az xəbər verir ki, təkrar müayinədən sonra məlum olub ki, 23 yaşlı yarımmüdafiəçi təxminən 1 ay müalicə olunub, fərqdi məşqlər keçəndən sonra komanda ilə məşqlərə qoşulacaq.

 

Qeyd edək ki, dünənki tibbi baxışdan sonra Ələsgərovun sol dizində ön çarpaz bağın gərildiyi və hissəvi qopma olduğu müəyyənləşib.

Tarix: 15 İyul [00:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2018
13  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio